Füzuli rayonuna müasir ambulans verilib - Foto

Füzuli rayonuna müasir ambulans verilib - Foto

Səhiyyə Nazirliyi tərəfindən Füzuli rayon Mərkəzi Xəstəxanasına ən müasir tələblərə cavab verən yeni "Mersedes Benz" markalı təcili tibbi yardım maşınları verilib.
Ucarliyiq.biz xəbər verir ki, təcili tibbi yardım maşını Rayon Mərkəzi Xəstəxanasının balansına götürülüb. Rayon sakinləri yeni təcili tibbi yardım maşının Füzuliyə verilməsi xəbərini sevinc hissi ilə qarşılayıblar.
Füzuli rayonuna müasir ambulans verilib - Foto

Füzuli rayonuna müasir ambulans verilib - Foto

Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə bildirilib ki, rayonda təcili tibbi yardım (ambulans) maşınlarının sayının azlığı, mövcud təcili yardım maşınlarının müasir tələblər səviyyəsində olmaması, ərazinin genişliyi, müraciətlərin çoxluğu bu sahədə işin təşkilini çətinləşdirdi. Gecə çağırışları, xüsusilə Horadiz şəhəri ilə Qayıdış qəsəbələri arasındakı məsafənin 50 km-dən çox olması çağrışlara vaxtında cavab verilməsində çətinliklər yaradırdı ki, bu da xəstə sahiblərinin haqlı narazılığına səbəb olurdu.
Füzuli rayonuna müasir ambulans verilib - Foto

Füzuli rayonuna müasir ambulans verilib - Foto

Vurğulanıb ki, yeni "Mersedes Benz" markalı təcili tibbi yardım maşınlarının alınması ilə əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyəti və səmərəliliyi daha da artırılacaq.
Rayon sakinləri cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bildirək ki, Səhiyyə Nazirliyi tərəfindən avqustun əvvəlində Füzuli rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım maşınları verilib. Təcili tibbi yardım maşını məcburi köçkünlərin məskunlaşdıqları cəbhə xəttindəki Qayıdış qəsəbə xəstəxanasının balansına götürülüb. Bu günə kimi təcili tibbi yardım maşını olmayan qəsəbə sakinləri bu xəbəri sevinc hissi ilə qarşılayıblar.
Füzuli rayonuna müasir ambulans verilib - Foto

Füzuli rayonuna müasir ambulans verilib - Foto

Füzuli rayonuna müasir ambulans verilib - Foto

Füzuli rayonuna müasir ambulans verilib - Foto

Mənbə: Ans


Paylaş

Oxşar xəbərlər