Elman Mehdiyevdən pensiya islahatları ilə bağlı – AÇIQLAMA

Elman Mehdiyevdən pensiya islahatları ilə bağlı – AÇIQLAMA

Pensiya kapitalı artırılır.

Pensiya islahatları nəticəsində fərdi hesablarda qeydə alınan pensiya kapitalı 2 dəfə artırılacaq.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib. 

“Növbəti mərhələdə pensiya təminatı sistemində nəzərdə tutulan islahatlar yüksək sosial sığorta haqqı ödənişinin stimullaşdırılmasına yönəlib” - deyə, sədr bildirib. 

Bu islahat tədbirlərinin təfərrüatları barədə məlumat verən E.Mehdiyev vurğulayıb ki, hazırda ödənilən sosial sığorta haqlarının yalnız 50 faizi fərdi hesablarda uçota alınır:

“İslahat nəticəsində bu hədd 100 faizə çatdırılacaq və beləliklə ödənilən məbləğlər tam olaraq fərdi hesablarda uçota alınacaq. Həmçinin hazıradək fərdi hesablarda uçota alınmış pensiya kapitalları da 2 dəfə artırılacaq.

Pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasını təmin etməklə onların sosial müdafiəsini daha da gücləndirəcəkdir”.

Bundan başqa, sədr bildirib ki, yüksək sosial sığorta haqqı ödəyənlər pensiya təyinatında staj tələbindən azad olunacaq.

“Sosial sığorta haqlarının daha yüksək məbləğdə ödənişinin stimullaşdırlmasına istiqamətlənən müxtəlif islahat tədbirlərinin reallaşdırılması nəzərdə tutulur. Bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Bu istiqamətdə daha bir islahat tədbiri minimum sosial sığorta stajı tələbi ilə bağlıdır”.

Fond sədri qeyd edib ki, mövcud qanunvericilikdə əmək pensiyasına hüququn yaranması üçün minimum sığorta stajı müəyyən edilib ki, bu da vətəndaşların hansı məbləğdə sosial sığorta haqları ödəməsindən asılı olmayaraq ümumi tələbdir:

“Pensiya islahatları çərçivəsində yüksək sosial sığorta haqqı ödəyərək minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbinin aradan qaldırılması nəzərdə tutulur”.





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Rəy əlavə et

*
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler